Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Sportinfo.azxəbər verir ki, günün ilk matçında "Qarabağ" "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.
Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.

