Premyer Liqanın 28-ci turunda “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edib - 0:1.
Bölgədə məlum qarşılaşmaya böyük maraq hiss olunub.
Hazırda davam edən oyunun startı ərəfəsində maraqlı an yaşanıb.
Yerli azarkeşlərdən biri “Şamaxı”nın yalnız yerli futbolçulardan təşkil olunmasına işarə olaraq plakat açıb:
“AFFA. Azərbaycanın komandası “Şamaxı” dünya yığmalarına qarşı”.
Tribunadakı plakatdan xoşlanmayan matçın AFFA nümayəndəsi Elman Musayev polis çavuşunu yanına çağıraraq kağızın yaşlı kişinin əlindən alınmasına dair tapşırıq verib.
Oyunun rəsmi şəxsinin göstərişinə əməl edən polis plakatı azarkeşdən alaraq AFFA nümayəndəsinə təqdim edib.
Olayı görən hər kəs AFFA nümayəndəsinin əməlinə təəccüblənib. Üzərində siyasi çalar və ya təhqir olmayan plakat niyə yığışdırılsın ki?
HƏBİB / SPORTİNFO.AZ

