
Azərbaycanlı qapıçı Elməddin Məmmədovun Qırğızıstana yollanması barədə xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, o, bu ölkənin “Muras Yunayted”in düşərgəsində idi.
Məmmədov qırğızların etimadını qazana bilib. Belə də, onunla bir illik müqavilə imzalanıb.
"Bakı" yetirməsi olan Elməddin "Zirə", "Sabah", "Tsxinvali" (Gürcüstan), "Sent-Endryüs" (Malta), "TC Sports" (Maldiv adaları) klublarının qapısını qoruyub.