Rövnəq Abdullayev bu kluba sponsor tapdı - SON DƏQİQƏ

29 Mart 2023 13:00 Şamaxı 4 474
Rövnəq Abdullayev bu kluba sponsor tapdı - SON DƏQİQƏ

«Şamaxı»ya sponsorluq etməyə hazır olan şirkət var.

Əyalət klubuna bu barədə xoş xəbəri AFFA prezidenti Rövnəq Abdullayev elan edib.

Yaxınlarda bölgəyə səfər eləyən və eyniadlı komandanın «Sabah»la qarşılaşmasını izləyən federasiya başçısı onları sevindirib.

Abdullayev söyləyib ki, yeni himayədarın gəlişi nəticələrə bağlıdır. Yəni, «Şamaxı» Premyer Liqada yerini qoruyarsa, tanınmış şirkətlərdən biri klubla uzunmüddətli sponsorluq müqaviləsi imzalayacaq.

Yeri gəlmişkən, Rövnəq Abdullayevin “Şamaxı”ya mükafat verməsini xatırladaq.

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah”la matçında meydan sahiblərinin 2:1 hesablı qələbə qazanmasına stadiondan şahidlik edən federasiya başçısı hər futbolçuya 1000 manat ödəyib. Klub rəhbərliyi də oyunçulara bir bu qədər vəsait ayırıb.

Başqa sözlə, artıq hər şey «Şamaxı»nın özündən asılıdır. Cavid Hüseynovun çalışdırdığı kollektiv 27 tura 20 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərar tutub.

«Rəsədxanaçılar» son sıradakı «Səbail»i vur-tut 2 xal qabaqlayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti