Əyalətdəki bu şirin görüntüyə baxmaqdan doymayacaqsız - FOTOLAR

17 Mart 2023 16:40 Şamaxı 438
Əyalətdəki bu şirin görüntüyə baxmaqdan doymayacaqsız - FOTOLAR

“Şamaxı” – “Neftçi” oyunu kifayət qədər gərgin və maraqlı alındı.

Meydan sahibləri ilk hissədə ələ düşən çoxsaylı qol epizodlarını qola çevirə bilməyincə, təcrübə sözünü dedi.

“Ağ-qaralar” qarşılaşmanın sonuna yaxın vurduğu qolla qələbəni bayram etdi.

“Şanaxı” oyunboyu azarkeşlərindən aldığı dəstəklə diqqət çəkdi.

Yerli azarkeşlər zaman-zaman qonaq futbolçuların və hakimlərin “bostanına daş atmaqla” görüşə xüsusi rəng qatırdı.

Tribunada, pilləkənlərdə oturub-duran qızcığaz isə oyunun ən şirin görüntüsü idi. 8-10 yaşlarındakı mələk “Şamaxı”nın rənglərinə uyğun idman geyimi geyməklə sevimli şəhərinin komandasına dəstək verirdi.

Təhlükəli anlarda ayağa qalxır, meydan sahibləri qol vura bilməyəndə başını tutur, “Neftçi” qol epizodu yaxalayanda həyəcanını gizlədə bilmirdi.

Oyunun sonlarına yaxın bəndənizin şəklini çəkdiyi görüncə, müxtəlif pozlar verməklə həmin görüntüyə bir az da gözəllik qatdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti