İş adamları “Kəpəz”ə sponsorluq etməyə razı oldumu? - FONDDAN AÇIQLAMA

15 Mart 2023 22:40 Şamaxı 647
İş adamları “Kəpəz”ə sponsorluq etməyə razı oldumu? - FONDDAN AÇIQLAMA

Martın 9-da Futbolun İnkişaf Fondunun (FİF) nümayəndələri Gəncədə görüş təşkil etmişdi.

Yerli icra hakimiyyətinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri ilə baş tutan görüşdə məqsəd “Kəpəz”ə sponsorların cəlb olunması, potensial namizədlərlə söhbət idi.

“Huner Group”un “Turan Tovuz”u “qanadlarının altına” almasından sonra diqqətlər “Kəpəz”ə yönəlib. İndi başlıca hədəf ölkənin ikinci böyük şəhərininin futbol klubuna himayədarları cəlb etməkdir.

Maraqlıdır, martın 9-dakı tədbir FİF rəsmilərini nə dərəcədə razı salıb? Yaxın gələcək üçün tunelin sonunda işıq görünür?

Qaranlıq məqama aydınlıq gətirmək üçün fondun icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:

“Görüş uzun zamandır planlanmışdı. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə, qeyd etdiyiniz kimi,

İH nümayəndələri, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edirdi.

FİF-in Himayəçilər Şurasının üzvü Yunis Hüseynov daxil olmaqla, tədbirdə iştirak edən şəxslər “Kəpəz”ə dəstəyin vacib olduğunu vurğulayaraq, yerli ictimaiyyəti və bölgədən olan sahibkarları kluba dəstək olmağa çağırıblar.

Tədbirdən sonra hazırda hansısa konkret dəyişiklik, yaxud təsir hiss etmirik. Lakin bu görüşlə işlərimiz yekunlaşmır. Qarşıda sahibkarlarla daha geniş tədbir planlaşdırılır.

Sponsorluqla bağlı danışıqlarımız isə davam edir. Baş tutan görüşlərin nəticəsində daha çox potensial sponsorları maraqlandıracağımızı düşünürük. Ümid edirik yekunda məqsədimizə nail olacağıq".

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti