Bölgə klubunda ilk ayrılıq dəqiqləşdi

13 Mart 2023 23:40 Şamaxı 914
Bölgə klubunda ilk ayrılıq dəqiqləşdi

Mövsümün sonu "Şamaxı"dan ayrılacaq ilk oyunçunun kimliyi məlum olub.

Söhbət bölgə klubunun yarımmüdafiəçisi Kamal Mirzəyevdən gedir.

28 yaşlı futbolçu məşqçilər korpusunun gələcək planlarına daxil deyil.

Kamal ötən mövsümün sonu "Qəbələ"ni "Şamaxı"ya dəyişmişdi.

O, bu mövsüm 17 oyunda üst-üstə 659 dəqiqə meydanda olub və 2 sarı vərəqə ilə yadda qalıb.

28 yaşlı yarımmüdafiəçi ölkəmizdə "Sumqayıt", "Qəbələ", Zirə" və AZAL-ın şərəfin qoruyub.

Ölkə xaricində isə qısa müddət Küveytin "Əl Salmiya" klubunda legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti