"Neftçi"nin futbolçuları aldığı mükafatdan ona da versin

13 Mart 2023 14:40 Şamaxı 824
"Neftçi"nin futbolçuları aldığı mükafatdan ona da versin

Qapıçı komandanın yarasıdır - çox vaxt deyirlər.

Məşhur deyimlə bəndəniz də razıdır.

Yaxşı qapıçın varsa, xoşbəxtsən. Bunu Cavid Hüseynova aid etmirəm.

«Şamaxı»nı çalışdıran cavan oğlanın bu kateqoriyaya dəxli yoxdur. Necə xoşbəxt olsun, qapısının «keşiy»ini Rəşad Əzizli çəkir.

Hmm…

Rəşad atasının oğludur. Faiq Əzizov da vaxtilə elə kobud səhvlərə yol verib, saymaqla qurtarmaz. Ölkə kubokunun finalında «Kəpəz»dən buraxdığı qol hələ də y addaşımın bir küncünü «zəbt edib».

Rəşad Əzizli «Xəzri»ni kubokdan məhrum eləyən Faiq Əzizovun «layiqli davamçısıdır».

O da bu gün «Şamaxı»nı xal qazanmağa qoymur. Cavid Hüseynov hesablayıb görən, bu, Rəşadın neçənci səhvidir?

Mən sayını itirmişəm, yardımçı olsa, pis olmaz.

«Neftçi» Rəşadın «xidmət»i sayəsində Şamaxıdan 3 xalla ayrıldı. Bakılılar alacaqları mükafatın yarısını ona ayırmalıdırlar.

Oyunun son dəqiqələrində o cür səhv edən rəqib qapıçı bir də nə vaxt qarşılarına çıxacaq? Bunu da fikirləşərək, bölüşməyi yaddan çıxarmamalıdırlar.

«Şamaxı»ya yazığım gəldi. Bir elə əziyyət çəkdilər, vuruşdular, arzuları əllərində, ovuclarında qaldı. Rəşad hamısını vurdu yerə.

Belə qapıçısı olmaq da Cavid Hüseynovun növbəti şansızlığıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"