Şamaxıda mükafata layiq məğlubiyyət

12 Mart 2023 23:40 Şamaxı 768
Şamaxıda mükafata layiq məğlubiyyət

"Şamaxı" turu "Neftçi"yə məğlubiyyətlə (0:1) başa vurdu.

Məncə, ən azı 1 xalı haqq etdikləri oyun keçirdilər.

Forma rənglərin, futbolçu adların tanımasan aşkar edə bilməzdin ki, hansı "Neftçi"dir, hansı "Şamaxı".

Büdcə "ağ qaralar"da, fərdi keyfiyyəti yüksək futbolçular "ağ qaralar"da, amma meydanda futbol adına olan hər şey meydan sahiblərinə məxsus idi.

Düşünülmüş hücumlar "şirlər"dən gəlirdi.

"Neftçi" azmı qapısında real qol təhlükəsi gördü?
Sadəcə, Brkiçin çıxarışları və bəxt üzlərinə güldü ki, 3 xalla səfərdən qayıda bildilər.

Cavid Hüseynovun işi onsuz da çətindir. Birinci Divizion səviyyəli komanda ilə yüksək liqada ortaya nəsə qoymaq böyük cəsarət tələb edir.

O, hələki bunu artıqlaması ilə bacarır.

Ölkənin iki ən güclü komandasından birinə qarşı sözün həqiqi mənasında komandasına futbol oynatdı.

Kim necə görür, analiz edir bilmirəm. Şəxsi fikrimcə, rəhbərlik belə məğlubiyyətlərə də pul ayırsa kimsə nəsə deməz.

Axı hamı kimi, rəsmilər də əminəm ki, "Şamaxı"nın güclü rəqibi önündə mübarizəsindən həzz aldı.

Bir sözlə, Regekampfın yetirmələri budəfəki Şamaxı səfərindən canını yaxşı qurtardı.

Gənc Hüseynov isə indi növbəti çətinliklə üz-üzə qalacaq.

Hər halda belə rəqibə qarşı belə oynayıb xalsız qalan gəncləri toparlamaq elə də asan görünməsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu