“Neftçi” ilə oyundan sonra: “Bizdə GPS-lər var, futbolçuları izləyirik”

12 Mart 2023 17:50 Şamaxı 680
“Neftçi” ilə oyundan sonra: “Bizdə GPS-lər var, futbolçuları izləyirik”

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 26-cı turunun "Neftçi" ilə oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- "Neftçi" ölkəmizin flaqmanıdır. Azarkeşlər tərəfindən çox sevilir. Həftəsonu olduğuna görə, azarkeşlər də stadiona gəldi. Maraqlı oyun alındı. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də artıq oyun nümayiş etdirdi. Rəqibə əzmkarlıqda, taktiki planda geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. "Neftçi"ni təbrik edirəm və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də, yolumuza davam edirik.

- İlk yarıda üç real qol vəziyyətindən istifadə edə bilmədiz. Son nöqtəni niyə qoya bilmir futbolçular?

- Futbolda belə anlar çoxdur. Fərqi yoxdur, meydanda kimdir. Əks-hücumların sonluğunu gətirmək üçün məşqdə işləyirik.

- Nəticə oyuna görə idi?

- Ədalətli nəticə heç-heçə idi. Amma "Neftçi"nin də yaxşı oyununu dəyərləndirməliyik.

- Matçın 60-cı dəqiqəsindən sonra sanki futbolçular yoruldu. Ola bilər ki, gücü düzgün bölüşdürməmişdiz?

- Futbolun gözəlliyi budur ki, hamı hər şeyi eyni görə bilmir. Bizdə GPS-lər var, futbolçuları 90 dəqiqə izləyirik. Hansının gücü tükənirsə, onu əvəzləyirik. Sırf taktiki gedişə görə yox, fiziki hazırlığa görə. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu. Hər halda, hücum edib, daha sonra 100 metr geriyə qayıtmaq asan iş deyil.

- "Neftçi"yə hələ qol vura bilməmisiz..

- Ardıcıl dörd oyundur ki, üst pillələrdə qərarlaşan komandalarla oynayırıq. Futbolçularla danışırıq ki, ani diqqətsizliyimiz olmamalıdır. Çünki usta futbolçular bunu bağışlamır. "Sabah"a qarşı istədiyimizi göstərdik. Bu gün ilk yarıdakı epizodları vursaydıq, bunlar yaşanmazdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!