"Neftçi"nin önünə çıxmayacaq, əməliyyat olunacaq

12 Mart 2023 02:20 Şamaxı 513
"Neftçi"nin önünə çıxmayacaq, əməliyyat olunacaq

"Şamaxı" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi bu matça bir itki ilə çıxacaq.

Hücumçu Emil Qasımov zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Əzələsində yırtıq olan 22 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.

"Şamaxı" - "Neftçi" qarşılaşması sabah saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti