Cavid Hüseynovun "Şamaxı"da qalmaq ŞƏRTİ – Dediyini etməsələr…

7 Mart 2023 17:40 Şamaxı 1 448
Cavid Hüseynovun "Şamaxı"da qalmaq ŞƏRTİ – Dediyini etməsələr…

Premyer Liqada debüt mövsümünü keçirən Cavid Hüseynovun «Şamaxı»da qalıb-qalmayacağı mayda məlum olacaq.

Düzdür, klub rəhbərliyi onunla əməkdaşlığı davam etdirməyə maraqlıdır.

Gənc çalışdırıcı razılıq versə, onunla müqavilənin ikinci hissəsi avtomatik olaraq qüvvəyə minəcək.

Di gəl, Hüseynov tələsik qərar vermək istəmir. O, əvvəlcə mövsümün bitməsini gözləyir.

Daha dəqiq desək. «Şamaxı»nın elitada yerini qoruyub-qorumaması onun üçün çox əhəmiyyətlidir.

Əyalət təmsilçisini çempionatda saxlamaq mümkün olsa belə, daha bir məsələ var ki, Cavid bəyi narahat edir. Bu da klubun strategiyası ilə bağlıdır.

Baş məşqçi səlahiyyətlərinin real icraçısı düşərgəyə legionerlərin cəlb olunmasını istəyir.

Hesab edir ki, sırf yerli futbolçulardan ibarət kollektivlə nəticə qazanmaq çox ağır işdir. Şərti yerinə yetirilməsə, böyük ehtimalla, «Şamaxı»da qalmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti