“Sabah”ı udmağa görə FANTASTİK MƏBLƏĞDƏ MÜKAFAT

3 Mart 2023 16:00 Şamaxı 2 648
“Sabah”ı udmağa görə FANTASTİK MƏBLƏĞDƏ MÜKAFAT

Premyer Liqanın 24-cü turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Şamaxı”da üzlər gülür.

Buna səbəb klub rəhbərliyinin məşqçi və futbolçu heyətinə bölgə təmsilçisi üçün fantastik məbləğ hesab oluna biləcək mükafat vəd etməsidir

Belə ki, çempionatın gümüş medallarına iddia edən komanda üzərində qazanılan inamlı qələbəyə görə kollektiv üzvlərinə 1600 manat “ənam” paylanacaq.

Əsas heyətdə meydana çıxanlar və məşqçilər heyəti məhz bu qədər irəli düşüb. Ehtiyatda qalanlar və oyuna sonradan daxil olanlar isə nisbətən az qazanıb.

Təbii ki, bu, oyuna sonradan qoşularaq komandasının hər 2 qoluna imza atan Amil Yunanova aid deyil. Təcrübəli futbolçuya “11-lik” üzvü kimi pay düşüb.

Bu, “Şamaxı”lıların cari mövsümdə aldığı ən yüksək məbləğli mükafat olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti