Bu hücumçu "Zirə"yə qarşı oynamayacaq

3 Mart 2023 02:20 Şamaxı 589
Bu hücumçu "Zirə"yə qarşı oynamayacaq

"Şamaxı" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, bölgə klubu bu qarşılaşmaya itki ilə çıxacaq. "Şirlər"in hücumçusu Emil Qasımov zədəlidir.

22 yaşlı futbolçu paytaxt səfərində komandaya kömək edə bilməyəcək.

"Şamaxı"nın müdafiəçisi Arsen Ağcabəyov isə zədəsini sağaldıb.

"Zirə" - "Şamaxı" matçı 3 mart tarixində saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!