
“Qarşıda çətin rəqiblərlə oyunlarımız var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nin hücumçusu Amil Yunanov deyib.
Onun bildirdiyinə görə, “Sabah” üzərində 2:1 hesablı qalibiyyət Premyer Liqada qalmaq mübarizəsində stimul olacaq:
“Əsas rəqiblərimizdən "Turan Tovuz", "Kəpəz" və "Sumqayıt"a məğlub olduq. Futboldur, belə şeylər olur.
"Sabah" kimi komandaya qalib gəlmək bizə əlavə motivasiya verəcək. Komandamız üçün hər şey daha yaxşı olacaq”.