
“Şamaxı”nın forvardı Emil Qasımov ciddi zədə alıb.
Hücumçunun menisklərində problem aşkarlanıb.
22 yaşlı futbolçu bu səbəbdən yaxın günlərdə əməliyyat olunacaq.
Onun təxminən 1 ay komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.
Qasımov bu mövsüm 8 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
Gənc oyunçu daha çox qışdan sonra əsas heyət üzvünə çevrilmişdi.
“Sabah”ın yetirməsi “Şamaxı”ya kimi “Kəpəz”də çıxış edib.
O, gənclər millimizin də şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ