Şamaxıya gəlib, şamaxılıları şoka saldılar - FOTOLAR

26 Fevral 2023 21:20 Şamaxı 455
Şamaxıya gəlib, şamaxılıları şoka saldılar - FOTOLAR

Şamaxıda yerli komanda ilə “Sabah” arasında keçirilən oyuna azarkeş marağının böyük olduğunu demək çətin idi.

Təxminən 200-ə yaxın şamaxılı futbolsevər stadionun yolunu tutmuşdu ki, aralarında 20-30 nəfərin fəallığı nəzərə çarpırdı.

Onlar da əsasən top “Şamaxı”da olanda və hücuma keçəndə dəstək verməklə yadda qalırdı.

Əvəzində Bakıdan gələn “Sabah” azarkeşlərinin səsi stadionu bürümüşdü.

“Soldadi di Sabah”ın 100-ə yaxın, bəlkə də daha çox üzvü qonaqlar üçün ayrılmış sektorda yer alaraq müxtəlif bəstələr səsləndirir, sevimli komandalarına özünü evdəki kimi hiss etmək imkanı yaratmışdı.

İnsaf naminə, bunun onlarda kifayət qədər yaxşı alındığını deməliyik. Qonaqlar əvvəldən sona qədər susmaq bilmədən “Sabah”ı qələbəyə səsləməklə diqqət çəkdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti