"Bizə fərqi yoxdur, rəqib "Sabah"dır, yoxsa "Qarabağ" - Vüqar Əsgərli

25 Fevral 2023 17:10 Şamaxı 565
"Bizə fərqi yoxdur, rəqib "Sabah"dır, yoxsa "Qarabağ" - Vüqar Əsgərli

"Sabah"a qarşı buna qədərki hər iki oyunumuz maraqlı alınmışdı. Hər iki komanda üçün üç xal vacib idi. Ona görə ki, "Sabah" çempionluq mübarizəsindən qopmamaq, biz isə gənc futbolçularımızı Premyer Liqada saxlamaq üçün oynayırdıq. Futbolçularımıza əvvəldən məlumat vermişdik ki, çətin olacaq. Çünki "Sabah"ın heyətində səviyyəli yerli və legioner oyunçular var. Onlara qarşı oynamaq həmişə çətin olub. Futbolçularımız hər şeyi yaxşı dərk edirdi, oyuna da yaxşı hazırlaşmışdıq. Onları təbrik edirəm. Layiqli oyun oynayıb, layiqli qələbə qazandıq. "Sabah"a gələcək oyunda uğurlar arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 24-cü turununu "Sabah"la (2:1) oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Amil Yunanov sonradan meydana daxil olaraq iki qol vurdu. Start heyətində meydana buraxmamağınız hər hansı planınızın olması ilə bağlı idi, yoxsa tam formada deyil?
- Sırf taktiki plan idi.

- "Sabah"a qalib gələcəyinizə inanırdınız?
- Biz hər oyuna üç xal üçün, eyni motivasiya ilə çıxırıq. Təəssüf ki, bu oyuna qədər ardıcıl məğlubiyyətlərlə üzləşmişdik. İstədiyimiz futbolu oynaya bilirik. Sadəcə ani diqqətsizlikdən qol buraxırıq, xal qazanmaq alınmır.

- Bu qələbənizi geridönüş hesab etmək olar?
- Bütün matçlarda istədiyimiz futbolu oynaya bilirik. Məşqlərdə necə hazırlaşırıq, hansı planı qururuqsa, oyunda bunları həyata keçirirk. Ancaq son dəqiqədə buraxılan qollar, ani diqqətsizlik məğlubiyyətə gətirib çıxarır. Lakin komandamıza, futbolçularımıza güvənirik. Çünki futbol oynaya bilirik, hər oyunda qələbə qazanacağımızı da anlayırıq. Fərqi yoxdur, rəqib "Sabah"dır, yoxsa "Qarabağ". Düzdür, təcrübəlidirlər. Amma hər bir rəqibə qarşı eyni hazırlaşırıq.

Digər Xəbərlər
Xəbər Lenti