Gəncədəki məğlubiyyətin səbəbini gizlətmədi: “Sonu belə olur”

20 Fevral 2023 16:40 Şamaxı 417
Gəncədəki məğlubiyyətin səbəbini gizlətmədi: “Sonu belə olur”

“Bu gün rəqibdən heç nədə geri qalmadıq. Layiqli mübarizə apardıq, qollar vurduq, sona qədər döyüşdük.

Sadə qollar buraxmağımızın sonu belə olur”.

“Şamaxı”nın aparıcı futbolçularından olan Bahadur Həziyev Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 23-cü turu çərçivəsində Gəncədə “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Qonaqlar hesabda iki dəfə geri düşsə də, hər iki halda hesabı bərabərləşdirməyi bacardı. Lakin Mate Kvirkviyanın güclü zərbə ilə qapıya sancdığı top oyunun taleyini həll etdi.

Hücumçu ilk hissədə xoş təsir bağışlayan “Şamaxı”nın fasilədən sonra rəqibdən geri qalmasının səbəbini bununla izah edib:

“Belə deyim, əslində, hər iki hissədə yaxşı oynadıq. Sadəcə, ikinci 45 dəqiqədə boşluqlara yol verdik və rəqib bundan maksimum yararlandı.

Gördüyünüz kimi, yerli və gənc futbolçulardan qurulmuş komandayıq. Belədə səhvlərin görünməsi anlaşılandır.

Çempionatın ilk yarısında müdafiədə Adil Nağıyev kimi təcrübəli müdafiəçi var idi. Arxa xətdə Adilin olması bu cür oyunlarda özünü göstərirdi.

Çünki təcrübəsi ilə komandaya kömək edir, gənclərə məsləhətlərini verirdi. Elvin Məmmədov da zədəyə görə uzun müddət oynamadı.

Nisbətən özünə gəlsə də, hələ ki, tam hazır deyil. Elvinin də meydanda olması komanda üçün çox önəmılidir. Yəni gənc futbolçuların yanında mütləq təcrübəlilər olmalıdır ki, çatışmazlıqlar sığortalansın”.

Bahadur Həziyev cari mövsümdə “Şamaxı”nın Premyer Liqada keçirdiyi 23 oyunun hamısında meydanda olmaqla 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"