Cavid Hüseynovla komandasının oyunçusu arasında insident – SƏBƏB NƏ İMİŞ?

17 Fevral 2023 16:30 Şamaxı 1 088
Cavid Hüseynovla komandasının oyunçusu arasında insident – SƏBƏB NƏ İMİŞ?

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 23-cü turunda "Kəpəz"ə 2:3 hesablı məğlubiyyəti şərh edib.

- Gəncədə ilk səfər oyunumuz idi. Burada futbol oynamağın xüsusiliyi var. Çünki Gəncənin Azərbaycan futbolunda xüsusi yeri var. Bilirdik ki, "Kəpəz" bizə qarşı ciddi hazırlaşıb. Futbolçulara tapşırıqlar vermişdik. Təəsssüf ki, qalib gələ bilmədik. İstəyirdik qalib gələrək aşağı pillələrdən qurtulaq. Gələcəyə baxacağıq. Geriyə qayıtsaq, əvvəl də başlayanda belə "qara zolağ"a düşmüşdük. Sonradan toparlandıq, xallar yığıb yuxarı pillələrə qalxdıq. Futbolçulara inanıram. "Qara zolaq"dan çıxıb Premyer Liqada qalacağıq.

- Hazırkı durum necədir?
- Gördüyünüz kimi, çox çətin duruma düşmüşük. Əvvəl yaxşı yerdə olduğumuzu fikirləşirdik. Onu da, özümüz qazanmışdıq. İndi də toparlanıb yuxarılara qalxmalıyıq.

- Sonuncu pillələrdə olmağınız gərginlik yaradır?
-
Oyunumuza çox təsir edir. Aşağı pillələrdəki rəqabət stressdir. Oyuna hazırlaşmaq, köklənmək çox çətin olur. Futbolçular matçların əhəmiyyətini daha ciddiyə alır. Gələcəkdə daha yaxşı "Şamaxı" görmək istəyərdik.

- Sizə elə gəlmir ki, sırf yerli futbolçularla çətin olacaq? Oyunun taleyini rəqin legionerləri həll etdi...
- Əvvəldən də bilirdik ki, bizi çətin oyunlar gözləyir. Çünki strategiya futbolçuları inkişaf etdirməkdi. Nəticədən daha vacibdir. Amma indi elə duruma düşmüşük ki, nəticə daha önəmlidir. Bu dəqiqə gözəl futboldan çox, gözəl xallar qazanmalıyıq. Amma hər şeyi başa düşürük.

- Qış fasiləsindən sonrakı uğursuzluq təcrübəli oyunçuların əsas heyətdən uzaq qalmasıdır?
- Təcrübəli oyunçular olanda, meydandakı futbolçuların hamısı daha soyuqqanlı olur. Gənclərə dəstək lazımdır. Həm meydanda, həm də kənarda. Elvin zədəli olsa da, meydandan kənarda gənclərə dəstəkdir. Amma meydanda dəstək ola bilmirlər. Amil Yunanov və Elvin Məmmədov 10-15 dəqiqə oynaya-oynaya formaya düşməlidirlər.

- 22 turdan sonra təcrübə məsələsini qabartmaq nə dərəcədə doğrudur?
- Hamımız bilirik ki, futbolçular ilk Premyer Liqa təcrübəsi qazanırlar. Bir həftəyə, bir ilə futbolçu olmaq çox çətindir. Daim bu təzyiq altında oynamalıdılar ki, ab-havanı yaşasınlar. Əvvəl oyunlara rahat çıxırdıq. Amma turnir cədvəlindəki hazırkı mövqeyimizə görə, futbolçularda psixoloji gərginlik yaranıb.

- İlk yarıda Rəşad Əzizli ilə Cəlal Hüseynov arasında insident yaşandı. Nə baş vermişdi?
- Futbol emosional oyundur. Gərginlik var. Heç kim uduzmaq istəmir. Komanda yoldaşıdılar, dostdular, qardaşdılar. Düzdür, bunlar yaşanmasa daha yaxşı olardı. Oyunumuza təsir edə bilərdi. Amma etmədi. Hər ikisi istədiyimiz futbolu oynadılar. Bir-birini başa düşüb, barışarlar, belə şeylər olur.

Digər Xəbərlər
Xəbər Lenti