Rəsmilərlə baş məşqçi arasında problem – Niyə belə?

14 Fevral 2023 09:20 Şamaxı 573
Rəsmilərlə baş məşqçi arasında problem – Niyə belə?

Son günlər Şamaxıdan «Şamaxı» barədə yaxşı xəbərlər gəlmir.

Komandanın başı üzərində qara buludların dolaşmasına dair.

Deyilənlərə inansaq, Cavid Hüseynov ayrı-ayrı rəsmilərlə probemlər yaşayır.

De-fakto baş məşqçi vəzifəsini yerinə yetirən Hüseynovun komandaya münasibətlə əlaqəli bir çox məsələlərdə funksionerlərin fikirlərinin üst-üstə düşməməsi iddia olunur.

Ödəmələrin gecikməsi, ötən ildən qalan mükafatların hələ də verilməməsi futbolçuları karıxdırıb, işdən soyudub.

Bilirik ki, «Şamaxı» Premyer Liqa təmsilçiləri arasında oyunçularına ən az ödəniş edən klubdur.

Burada aylıq maaşı 5-10 min manat olan bir nəfəri tapmaq mümkün deyil. Üç-min əməkhaqqı alan futbolçular tək-tükdür.

Adətən, belə komandaları motivasiya edən güc mükafatdır. «Şamaxı»da bu məbləğ çox vaxt 500 manatı da keçmir.

1000 manatı masanın üzərində görəndə gözləri dörd olur. O 500 manatı da vaxtında almayan futbolçuları oyuna kökləmək zülm işdir.

Baş məşqçi rəhbərliklə problem yaşayanda, əlbəttə, bu, komandaya da qurşaqdan aşağı zərbə endirir.

«Turan Tovuz»a evdə, «Sumqayıt»a səfərdəki məğlubiyyəti başqa hansısa səbəbə bağlamaq inandırıcı görsənməz.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti