
Futbol eksperti Emin Abbasov AFFA-ya təklif verib.
O, Premyer Liqanın tərkibi ilə bağlı fikirlərini ATV kanalında yayımlanan “Futbolumuz” verlişində səsləndirib.
Bildirib ki, növbəti mövsüm elita mənsublarının sayını 12-yə çatdırmaq lazımdır:
“Kim deyirsə ki, bizdə yetəri qədər futbolçu yoxdur, düz danışmır. “Şamaxı”ya baxın. Başqa komandalarda heyətə düşməyən yerli uşaqlar indi burada özündən söz etdirir.
Futbolu atmış Sadiq Quliyev “Turan”da karyerasını bərpa edib. “Kəpəz”də də nə qədər gənc var.
Mənim istəyim odur ki, bu il Premyer Liqadan heç kim düşməsin, “Zaqatala” və “Araz naxçıvan” bu siyahıya əlavə olunsun”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: