Qar altında qalan "Şamaxı"

7 Fevral 2023 17:40 Şamaxı 611
Qar altında qalan "Şamaxı"

Mövsümün sürprizlərindən biri olan «Şamaxı» son ayların ən zəif oyununu «Turan Tovuz»a qarşı keçirdi.

Ayaqları getmir, çətinliklə nəfəs alırdılar.

Bir oyun göstərmədən tez taqətdən düşdülər. İlk dəfə görürdüm ki, «Şamaxı»nın futbolçusu final fitindən xeyli əvvəl ikiqat əyilərək, əlləriylə dizlərini qucaqlayır.

Fərq etdizmi?

Cavid Hüseynov bunları Antalyadan təzə gətirib. Türkiyədə günlərlə «fizika» üzərində işləyiblər və deməli, normalda hamısı fiziki cəhətdən formada olmalıdır.

Bu çöküşün səbəbini başqa yerdə, son təbiət hadisəsində axtarmaq lazımdır. Şamaxıya yağan qar planları pozmuş kimi göründü.

Meydana ləpirini qoymayan, gününü qapalı zalda keçirmək məcburiyyətində qalan «Şamaxı»lılar meydanın ağırlığına tab gətirmədi.

Cavid Hüseynov dua etsin ki, yaxın həftələrdə bir də Şamaxıya qar yağmasın. «Kiçik çilə» çıxana kimi hava belə davam eləsə, komandanın başını bir yerə yığmaq mümkün olmayacaq.

«Şamaxı» bir-iki qol vəziyyəti yaratdı, təcrübə çatmadı ki, vəziyyətdən çıxsınlar. Fərdi ustalıq bu yerdə köməyə çata bilərdi, onların da sayı barmaqla sayılacaq qədər azdır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!