"Əmin ola bilərsiz ki, “Zirə” əla futbolçu ilə müqavilə imzalayıb"

2 Fevral 2023 01:10 Şamaxı 901
"Əmin ola bilərsiz ki, “Zirə” əla futbolçu ilə müqavilə imzalayıb"

Braziliyanın B seriyasının "Ponte Preta" klubunda çıxış edən, "Keşlə"nin(indiki "Şamaxı") sabiq müdafiəçisi Artur Souza sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı "Vorskla"dan komanda yoldaşı olan "Zirə"nin yeni transferi Vladislav Kulaçk haqda da fikirlərini bildirib.

- "Ponte Preta"da işlərin necə gedir?
- "Ponte Preta"da işlər çox yaxşı gedir. Özümü xoşbəxt hiss edirəm. Çünki böyük klubdayam. Komandanın böyük azarkeş kütləsi var. Özü də B seriyasında çıxış edirik. Burada rəqabət çox güclüdür.

- Azərbaycanda indi "Şamaxı" adlanan vaxtı ilə "Keşlə"də oynamısan. Orada niyə qalmadın?
- Bəli, o vaxtı özümü qalmadım “Keşlə”də. Çünki alınmadı. Klubda təşkilatçılıq da daxil olmaqla, çox şey çatışmırdı.

- Maraqlıdır, son vaxtlarda Azərbaycandan təklif almısınız?
- Bəli, Azərbaycan klublarından təklif almışam. Amma hansı klub olduğunu deyə bilmərəm. Çünki özüm də bilmirəm. Agentdən soruşmamışam. Hazırda Braziliyada işlərim yaxşı gedir, böyük klubun bir parçasıyam. Özü də ailəmə yaxınam.

- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qalıb?
-
Çox çətin liqa olduğunu xatırlayıram. Çünki “Qarabağ” və “Neftçi” kimi hər zaman güclü olan klublar var. Yaxşı çempionatdır, səviyyə yüksəkdir.

- "Vorskla"dan tanıdığınız Vladislav Kulaç Azərbaycanda çıxış edəcək, "Zirə" ilə anlaşıb. Onun haqqında nə düşünürsünüz?
- Kulaç əla oyunçudur, bir müddət eyni komandada oynamışıq. Məncə, o, “Zirə”yə çox kömək edəcək. Onunla “Vorskla”da komanda yoldaşı oldum, nəyə qadirdir, gördüm. Əmin ola bilərsiniz ki, “Zirə” əla futbolçu ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!