"Yaxşı işlər görə bilərik"

28 Noyabr 2022 17:30 Şamaxı 390
"Yaxşı işlər görə bilərik"

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə matçından sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Əsgərli 1:1 hesabı ilə başa çatan oyun haqda bunları deyib:

"Matç gözlədiyimizdən də, çətin keçdi. "Kəpəz" bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi.

Biz özümüz də, çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik.

Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadılar.

Onlara təşəkkürümü bildirirəm. Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik.

Qarşıdakı turlarda "Kəpəz"ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı