Azərbaycanı Avropa çempionatında kimlər təmsil edəcək?

04:10 Boks 32
Azərbaycanı Avropa çempionatında kimlər təmsil edəcək?

Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi 7 idmançı ilə təmsil olunacaq.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.

Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Noyabrın 14-də Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...