“DH Volley” onlara set vermədi

05:00 Voleybol 61
“DH Volley” onlara set vermədi

Qadın voleybolçuların Azərbaycan Super Liqasında birinci turdan təxirə salınmış UNEC - “DH Volley” oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, UNEC voleybol klubunun idman zalında baş tutan qarşılaşmada qonaqlar 3:0 (26:24, 25:12, 25:15) hesabı ilə qalib gəliblər.

Görüş “DH Volley”nin avrokuboklarda iştirakı səbəbindən təxirə salınmışdı.

Super Liqada növbəti oyun noyabrın 14-də keçiriləcək. İkinci tur çərçivəsində “Gəncə” Gəncə İdman Sarayında “Naxçıvan”la qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...