“Sabah”ın oyunçusu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

03:40 Sabah 44
“Sabah”ın oyunçusu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

“Sabah”ın amerikalı basketbolçusu Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı basketbolçu FIBA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə 52 faiz səslə birinci olub.

Bleyks bu ada “Sabah”ın Türkiyənin “Trabzonspor” klubunu 91:72 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı çıxışından sonra layiq görülüb.

O, meydanda keçirdiyi 29 dəqiqə ərzində 17 xal, doqquz məhsuldar ötürmə və dörd ribaundla yadda qalıb. Amerikalı basketbolçu görüşü 28 effektivlik reytinqi ilə başa vurub.

Bu qələbə sayəsində “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində ikinci uğurunu qazanıb.

Daha əvvəl Bakı klubunun digər basketbolçusu Frenki Fidler də azarkeşlərin səsverməsinə əsasən həftənin ən yaxşı oyunçusu seçilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...