Bombardir Premyer Liqa məsələsinə nöqtə qoydu: “Sizin görməyinizi istəyirəm”

13 Noyabr 23:00 I Divizion 144
Bombardir Premyer Liqa məsələsinə nöqtə qoydu: “Sizin görməyinizi istəyirəm”

I Liqada Dileyn Açimini dayandıran yoxdur.

“Gəncəbasar”ın 21 yaşlı kamerunlu forvardı cari mövsümdə meydana çıxdığı 13 oyunun hamısında qol vurub. Hazırda aktivində 13 top var ki, bu göstəricidə ona yaxın duran yoxdur.

Açimi sərgilədiyi məhsuldarlıqla Premyer Liqa klublarının diqqətini çəkib. Qış fasiləsinndə elita təmsilçilərindən biri ilə anlaşması ehtimalı istisna deyil.

Maraqlıdır ki, səbəbkar “Gəncəbasar”ın heyətində çempion olmağı Premyer Liqada oynamaqdan üstün tutur.

Qərb təmsilçisinin “9 nömrə”si Sportinfo.az-a verdiyi müsahibədə maraqlı açıqlamalarla diqqət çəkib.

- “Səbail”lə sonuncu oyunda zədələnmişdin. Hazırda özünü necə hiss edirsən?

- Allahın köməyi ilə özümü çox yaxşı hiss edirəm. Təşəkkür edirəm, hər şey qaydasına düşüb.

- Çempionatın cəmi 7 turu geridə qalıb, sən isə artıq 13 qol vurmağı bacarmısan. Bu, futbolçu kimi yüksək keyfiyyətlərə malik olmağınla bağlıdır, yoxsa rəqib müdafiəçilər səni zərərsizləşdirə bilmirlər?

- 7 oyunda 13 qol vurmağım, ilk növbədə, futbolçu kimi malik olduğum keyfiyyətlərlə bağlıdır. Həmin müdafiəçilər digər klubların hücumçuları ilə də qarşılaşırlar. Buna görə də eyni sayda qol vura bilməyən futbolçuların heç birinin adını çəkmək istəmirəm.

- Cəmi 7 turda vurduğun 13 qolu nəzərə alsaq, mövsümün sonuna qədər neçə qol vuracağını düşünürsən? Qarşına hansı hədəfi qoymusan?

- Məqsədlərim şəxsi xarakter daşıyır. Mövsümün sonunda neçə qol vuracağımı özünüzün görməyinizi istəyirəm.

- Yəqin ki, Azərbaycan Premyer Liqasını izləyirsən. Futbolçu keyfiyyətlərin və potensialın bu çempionatda çıxış etməyə imkan verir?

- Düşünmürəm ki, bacarığım mənə hansısa maneə yaratsın. Şəxsi keyfiyyətlərimə güvənirəm və I Liqada özümü təsdiqləyərək uğurla çıxış edə biləcəyimə inanıram.

-. Deyilənə görə, Premyer Liqa klubları səninlə maraqlanır. Baş məşqçi Elhad Nəziri Açimin mövsümün sonuna qədər komandada qalacağını bildirib. Qış fasiləsindən sonra Premyer Liqada çıxış etməyə üstünlük verirsən, yoxsa “Gəncəbasar”la Birinci Liqanın çempionu olmağa?

- “Gəncəbasar”la çempion olmağı üstün tuturam.

- Afrikada əvvəllər birlikdə oynadığın və ya səni yaxından tanıyan futbolçular Azərbaycandakı məhsuldarlığını görəndə nə deyirlər? Onların arasında Azərbaycana gəlib burada futbol oynamaq istəyənlər varmı?

- Qol vurmaq bacarığım həmişə olub. Uşaqlıqdan qol vururam. Bu, mənim üçün yeni bir şey deyil. Dostlarım da bunu yaxşı bilirlər. Bununla belə, potensialımın 40 faizinə belə çatmadığımı da anlayıram. Çünki futbol meydanında göstərə biləcəyim çox şey var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...