Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə Moldova ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qazaxıstan millisinə dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov da bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib.
Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi isə əvvəldən sona kimi görüşü ehtiyatdan izləyib.
Bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda ikinci, Qazaxıstan isə 2 xalla dördüncüdür.
Moldova - Qazaxıstan 2:1
Qollar: Popesku, 39 (1:0). Çesnokov, 51 (1:1), Popesku, 77 (2:1)
