Yığmamızı 7:2-i udandan sonra: “Tam razı qalmalıyıq”

17:20 Milli komanda 54
Yığmamızı 7:2-i udandan sonra: “Tam razı qalmalıyıq”

Azərbaycan U-19 millisi Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsinin ilk oyununda Monteneqroya 2:7 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Belqraddakı “Vojdovaç” stadionunda keçirilən matçdan sonra rəqibin baş məşqçisi Nenad Vuçkeviç fikirlərini bölüşüb.

O, komandasından razılıq bildirib:

“Qazanılan nəticəyə əsasən seçmə mərhələyə belə başlamağımızdan tam razı qalmalıyıq. Xüsusilə ilk hissədə əla oyun nümayiş etdirdik.

Hücumda yaratdığımız, demək olar ki, bütün imkanlardan yararlandıq, topa tam nəzarət etdik və yaxşı kombinasiya oyunu göstərdik.

İkinci hissədə tempi bilərək aşağı saldıq, komandanı təzələmək üçün bir neçə əvəzetmə etdik. Lakin bu, nəticəyə təsir göstərmədi”.

Çalışdırıcı artıq növbəti qarşılaşmanı düşündüklərini söyləyib:

“Oyunun yeganə mənfi tərəfi aldığımız sarı vərəqələr oldu. Üçüncü turda mümkün cəzalanma ehtimalına görə bu vərəqələr növbəti qarşılaşmada bizim üçün müəyyən problem yarada bilər.

İndi diqqətimizi Farer adaları ilə oyuna yönəldirik. Bilirik ki, rəqib fiziki cəhətdən çox yaxşı hazırlaşıb.

Düşünürəm ki, texniki baxımdan daha üstünük, lakin hər şeyi meydan həll edir. Ümid edirəm ki, Azərbaycanla oyundakı yanaşmamızı və ciddiyyətimizi növbəti matçda da qoruyacağıq”.

Qrupun ikinci turunda Monteneqro Farer adaları ilə, Azərbaycan isə Serbiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti