Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.
D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.
Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.
Lixtenşteyn – Azərbaycan 0:0 (1-ci hissə)
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.
Lixtenşteyn: 1. Benjamin Büxel (k), 3. Maks Göppel, 5. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 14. Livio Meyer, 19. Emanuel Zünd, 20. Nikolas Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Tim-Tyado Oehri, 2. Niklas Bek, 4. Filipp Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 18. Manuel Mikus, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov.
