“Bura keçidimin yeganə səbəbi pul deyildi. nəvaxtsa Avropaya qayıtmaq istərdim”

01:30 Dünya futbolu 75
“Bura keçidimin yeganə səbəbi pul deyildi. nəvaxtsa Avropaya qayıtmaq istərdim”

“Əl-Qadisiya”nın yarımmüdafiəçisi Ticani Reynders Səudiyyə Ərəbistanı çempionatının aşağı səviyyədə olması ilə bağlı fikirlərə münasibət bildirib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, ərəblərin çempionatında inkişafını davam etdirdiyini deyib:

“Əminliklə söyləyə bilərəm ki, Səudiyyə Ərəbistanında inkişafa davam edirəm. Bilirsiz nə var? Sizə heç olmasa, Pro Liqanın bir oyununa baxmağı məsləhət görürəm.

Bura keçidimin yeganə səbəbi pul deyildi. Bununla belə, nə vaxtsa Avropaya qayıtmaq istərdim”.

28 yaşlı yarımmüdafiəçi “Əl-Qadisiya”ya ötən yay “Mançester Siti”dən transfer olunub. Bu keçid Səudiyyə Ərəbistanı klubuna 61 milyon avroya başa gəlib.

Reynders yeni komandasında bütün turnirlər nəzərə alınmaqla 14 matçda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...