Millimiz “cırtdanlar”a top buraxmadan qalib gələcək?

13 Noyabr 23:20 Milli komanda 57
Millimiz “cırtdanlar”a top buraxmadan qalib gələcək?

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Almaniya mətbuatında bu qarşılaşma ilə bağlı maraqlı məqalə dərc edilib.

Bildirilib ki, idman baxımından komandaların vəziyyəti fərqlidir. Azərbaycan millisinin qrupdakı durumu daha yaxşı görünür. Lixtenşteyn isə qol vurmaqda çətinlik çəkir:

“Bu qarşılaşmada hücum və müdafiə baxımından fərqli xüsusiyyətlərə malik iki komanda üz-üzə gələcək.

Lixtenşteyn son rəsmi matçlarda qol vura bilmir. Azərbaycan isə cəmi 1 qol buraxıb. Bu göstərici azərbaycanlıların müdafiə xəttinin sabitliyindən xəbər verir”.

Qarşıdakı görüşdə Lixtenşteynin kompakt müdafiə olunaraq standart vəziyyətlərdən yararlanmağa çalışacağı, Azərbaycanın isə oyuna nəzarət edərək rəqibə imkan verməməyə və hücumda fərq yaratmağa üstünlük verəcəyi gözlənilir:

“Azərbaycan qrupda lider mövqeyindədir və daha yüksək xal ehtiyatına malikdir. Lixtenşteyn isə doğma meydanda nəticələrini yaxşılaşdırmağa çalışacaq”.

Maraqlıdır ki, həmkarlarımız millimizin səfərdə çıxış etməsinə baxmayaraq, yenə qol buraxmayacağını və qələbə qazanacağını düşünür.

“Rheinpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

D liqasının 2-ci qrupunda 4 turdan sonra Azərbaycan 5 xalla birinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Rəqib yeganə xalını Bakıda qolsuz heç-heçə ilə əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...