Premyer Liqa klubunda maaşla bağlı YENİ VƏD

1 İyun 2022 22:20 Şamaxı 1 204
Premyer Liqa klubunda maaşla bağlı YENİ VƏD

Xəbər verdiyimiz kimi Azərbaycan Premyer Liqasında mövsüm başa çatsa da "Şamaxı"da son iki ayın maaşları hələ də futbolçulara verilməyib.

Dünən klubun Müşahidə Şurasının sədri Zaur Axundovun vəzifəsindən istefa verməsi futbolçuların narahatlığını birə beş artırmış oldu.

Amma bu gün klubdan futbolçulara bildirilib ki, narahatlığa əsas yoxdur. Hər kəsin maaşı ödənəcək.

Hətta dəqiq vaxt da deyilib. Belə ki, maaşların 5-ci günə kimi paylanacağı oyunçulara vəd olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti