“Neftçi”nin Avropadakı yetirməsini heyətə cəlb etmək mübarizəsinə daha bir Azərbaycan klubu qoşulub.
Heyəti büsbütün dəyişmək tapşırığı alan “Şamaxı” Asim Əlizadəni kollektivə cəlb etmək istəyir.
Bu ilin martından “Dauqavpils”in uğurları üçün tər tökən azərbaycanlı yarımmüdafiəçi ilə buna qədər “Turan Tovuz”la “Kəpəz” maraqlanırdı. İndi həmin mübarizədə “Şamaxı” da var.
Klublar istəyinə çatmaq üçün öncə “Neftçi”yə müraciət etməlidir. Çünki futbolçu Latviyada icarə əsasına top qovur. “Neftçi”nin “okey”indən sonra “Dauqavpils”in də təklifə isti yanaşması vacibdir.
Hazırda U-21-in sıralarında olan Əlizadə cari Latviya çempionatında 8 matçda 377 dəqiqə oynayıb.
HƏBİB / SPORTİNFO.AZ

