Zaur Axundovun yerinə göz dikən şəxs – AFFA-nın namizədi də odur

1 İyun 2022 14:40 Şamaxı 1 791
Zaur Axundovun yerinə göz dikən şəxs – AFFA-nın namizədi də odur

AFFA-nın «Şamaxı»nın Müşahidə Şurasının sədri postuna namizədi məlum olub.

Dünən bu vəzifədən imstefa verən Zaur Axundovu Vəli Qasımov əvəzləyə bilər.

İkinci bir neçə aydır bölgə klubunda fəaliyyətə başlayıb, Şamaxıda futbol akademiyasının qurulması prosesində şəxsən nəzarət edir.

«Şamaxı»nın rayonda yerləşən aşağı yaş qruplarının koordinatoru olan Qasımovun özü də şuraya sədrlik etməyə razıdır. O, federasiya rəsmiləri ilə söhbətində yeni işin öhdəsindən gəlməyə əminlik ifadə edib.

Onu əlavə eləyə bilərik ki, AFFA təyinat məsələsində Şamaxı rayonu İcra Hakimiyyəti ilə məsləhətləşir. Mümkündür ki, icra başçısı Tahir Məmmədov da öz namizədini irəli sürsün.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti