Zaur Axundovun gedişinə reaksiya - "Bəs bizim pulumuz?"

31 May 2022 22:40 Şamaxı 1 176
Zaur Axundovun gedişinə reaksiya - "Bəs bizim pulumuz?"

"Şamaxı"da Zaur Axundov erası başa çatdı. O, bu gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında getmək qərarını açıqlayıb.

Prezidentin gedişini "Şamaxı" adına gələcək üçün müsbət addım kimi qiymətləndirmək olar.

Bu baxımdan futbol ictimaiyyətinin sevinməsi əsassız deyil. Səbəblər barədə detallara girməyə də gərək yoxdur.

Amma üzülənlər də yox deyil.

Belə ki, komandada son iki ayın maaşları hələ də qalır. Bir sözlə, sözünü deməyə, ümid bəsləməyə ünvan qalmayıb.

Çarəsiz qalmış futbolçular nə edəcəklərini bilmirlər. Bəndənizlə söhbətdə bir neçə futbolçunun ortaq sualı - "Bəs bizim pulumuzun taleyi necə olacaq?" - deyə oldu.

Yeni rəhbərin kim olacağı isə yəqin ki, hələ bir qədər zaman alacaq. Onun da gələn kimi problemi həll edəcəyi sual olaraq qalır.

Kəsəsi, sual çox, amma cavab yox mənzərəsi "Şamaxı"da daha ağır dövrə qədəm qoymuş oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti