AFFA-nın adamı Premyer Liqanın baş məşqçisi olmaqdan niyə imtina edib?

31 May 2022 20:00 Şamaxı 1 843
AFFA-nın adamı Premyer Liqanın baş məşqçisi olmaqdan niyə imtina edib?

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Premyer Liqada çalışmaq fürsətini dəyərləndirməyib.

Sonuncu dəfə “Kəpəz”də işləmiş mütəxəssis “Şamaxı”nın təklifinə “yox” cavabı verib.

Buna səbəb paytaxtdan əyalətə köçmüş klubda uğur qazanmasına inanmamasıdır.

Diniyev “Şamaxı”nı avrokuboklara çıxara biləcəyinə şübhə ilə yanaşıb və “rəhbəliklə münasibətlərim yaxşıdır, onlarla aramın pozulmasını istəmirəm” deyib.

Odur ki, “Şamaxı”nın İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.

35 yaşlı mütəxəssis ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Rüstəm Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra aprelin 16-dan komandaya rəhbərlik edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti