Mövsümü 7-ci pillədə başa vuran "Şamaxı"da kütləvi ayrılıqlar müşahidə etməkdəyik.
Artıq 8-9 futbolçu düşərgəni tərk edib, amma bu da son deyil, davamı olacaq.
Daha bir neçə oyunçu startda dayanıb və onların hələ də gözləmə mövqeyində durması səbəbsiz deyil.
Belə ki, mövsüm sona çatıb, hamı istirahətə yollansa da, hələ maaşlar ödənməyib. Son iki ayın məvaciblərinin nə vaxt veriləcəyi ilə bağlı komanda üzvlərinə vəd verən yoxdur.
"Şamaxı" rəsmiləri problemin AFFA-dan qaynaqlandığını iddia edir. Hər halda kollektivə belə deyiblər.
Onların sözlərinə görə, federasiya digər klublar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsə də, "Şamaxı"ya köçürməri vaxtında həyata keçirmir.
Maraq üçün bildirək ki, futbolçular ötən il qazanılan ölkə kubokuna görə vəd verilən 200 min mükafatı da hələ ala bilməyiblər.
SPORTİNFO.AZ

