Birini rəhbərlik istəmədi, ikisi də yeni şərtlərlə razılaşmadı

26 May 2022 11:40 Şamaxı 1 140
Birini rəhbərlik istəmədi, ikisi də yeni şərtlərlə razılaşmadı

"Şamaxı" daha 3 futbolçusu ilə vidalaşıb.

İlkin Qırtımov, Kamal Bayramov və Tural Axundovdan sonra Natan Oduva, Aldair Neto və Tərlan Quliyevlə də yollar ayrılıb.

Geridə qalan mövsümü 22 xalla 7-ci pillədə tamamlayan bölgə təmsilçisi sözügedən oyunçuların başa çatan müqavilələrini yeniləməyib.

Fərqli səbəblər üzündən. Tərlan Quliyevin rəhbərliklə problemi yaranıbsa, ingiltərəli və portuqaliyalı legionerlər indi aldığından daha aşağı məbləğə qalmaq istəməyib.

Onlardan fərqli, Stanislav Namaşko güzəştə gedib. Moldova millisinin qapıçısı qiyməti 6000 dollardan 4000 dollara düşürdüyü üçün əyalət klubu onunla müqavilənin müddətini 1 il uzadıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti