Azərbaycanlı futbolçu bu kluba istehza etdi: “O pulu hələ də xərcləyirəm”

26 May 2022 09:20 Şamaxı 1 433
Azərbaycanlı futbolçu bu kluba istehza etdi: “O pulu hələ də xərcləyirəm”

“Şamaxı” (keçmiş "Keşlə") ötən mövsüm Azərbaycan kubokunu qazanan futbolçuların mükafatlarını ödəməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sabiq futbolçusu Nicat Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

O, istehza ilə “kubokun “mükafatı”nı hələ də xərcləyirəm” paylaşımını edib.

Onunla eyni vaxtda komandada çıxış etmiş Vüsal İsgəndərli isə paylaşıma “mənə veriləcək mükafatın da yarısı hələ də qalıb” deyə şərh yazıb.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti