“Şamaxı”nın İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 35 yaşlı mütəxəssis ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Rüstəm Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra aprelin 16-dan komandaya rəhbərlik edir.