Problem bir deyil, iki deyil, həddindən artıq çoxdur” – HƏYƏCAN TƏBİLİ ÇALDI

29 Aprel 2022 20:00 Şamaxı 979
Problem bir deyil, iki deyil, həddindən artıq çoxdur” – HƏYƏCAN TƏBİLİ ÇALDI

“Komandanın bu vəziyyətdə olmasının səbəbləri çoxdur.

Həmin problemləri rəhbərlik də bilir. Durub bir-bir sadalamağım düzgün olmaz".

“Şamaxı”nın müdafiəçisi Tərlan Quliyev komandasının cari mövsümdəki uğursuzluğu haqda Sportinfo.az-a açıqlama verib.

Vaxilə “Neftçi”, “Qarabağ”, “Kəpəz” kimi komandaların şərəfini qorumuş futbolçu daxildə problemlərin kifayət qədər olduğunu bildirsə də, təfərrüata varmağa ehtiyac duymayıb.

Quliyev keçmişlə bağlı danışmağa gərək duymur. Əksinə, irəli boylanmağı və səhvlərdən nəticə çıxarmağı vacib sayır:

“Bədbinliyə qapılmaqla yaxşı heç nəyə nail olmayacağıq. Gələcəyə ümidlə baxmalıyıq ki, yaxşı olsun.

Bundan sonra necə olacağını heç kim bilmir. Amma hər bir futbolçunun istəyi budur ki, həm “Şamaxı”, həm də özümüz üçün yaxşı olsun.

Problem 1 deyil, 2 deyil, həddindən artıq çoxdur. İnşallah, bir həll yolu tapılar. Növbəti oyunlara hazırlaşaq, inşallah, yaxşı mənada dəyişiklik olar”.

Tərlan Quliyev cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 21 oyunda 1 qola imza atıb. Şərəfini qoruduğu “Şamaxı” 24 turdan sonra topladığı 20 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti