Azərbaycan yığmasının iki milliləşdirilmiş futbolçusu yeni mövsümə «Şamaxı»da başlaya bilər.
Bu barədə Sportinfo.az-a əyalət klubundan məlumat verilib.
Redaksiyamıza daxil olan informasiyaya görə, Əli Qurbani və Höccət Haqverdi onların gündəmindədir.
«Sumqayıt»la müqaviləsi 2 ay sonra başa çatacaq müdafiəçi və hücumçu ilə danışıqlara artıq start verilib. Şamaxılılar yığmanın hər iki üzvünə 1+1 illik kontrakt təklif edib.

