"Şamaxı"da yeni baş məşqçinin adı rəsmən açıqlandı

16 Aprel 2022 13:40 Şamaxı 1 958
"Şamaxı"da yeni baş məşqçinin adı rəsmən açıqlandı

"Şamaxı"nın ötən gün istefa verən baş məşqçisi Sənan Qurbanovun vəzifəsini icra edəcək şəxsin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl xəbər verdiyimiz kimi, baş məşqçi vəzifəsini Rüstəm Əliyev yerinə yetirəcək (https://www.sportinfo.az/idman_xeberleri/kesle/136677.html).

Komandanın sabiq müdafiəçisi Rail Məlikov isə "Şamaxı-2"ni çalışdıracaq.

Sənan Qurbanov ötən gün Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. Rail Məlikov 22-ci turda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan əvvəl karyerasını bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti