Bu gün paytaxt klubunun yeni baş məşqçisi kim olacaq?

16 Aprel 2022 10:40 Şamaxı 1 069
Bu gün paytaxt klubunun yeni baş məşqçisi kim olacaq?

Dünən «Qarabağ»la Premyer Liqanın 23-cü tur matçından (0:8) sonra Sənan Qurbanovla yolları ayıran «Şamaxı» yeni sükançısının adını bu gün açıqlayacaq.

Klub rəhbərliyinin istəyi ilə iş yerindən ayrılan mütəxəssisi elə buradakılardan biri əvəzləyəcək.

Təbii ki, müvəqqəti olaraq. Komandanın başına gəlməyə iki namzəd var. Biri Qurbanovun korpusunda yer almış Zaur İsmayılov, digəri əvəzedixi heyəti çalışdıran Rüstəm Əliyevdir.

Güman ki, idarəçilər üstünlüyü ikinciyə verəcək. Bu da futbolçuların Əliyevə simpatiya ilə yanaşmasından irəli gəlir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti