“Neftçi”ylə oyundan əvvəl onları görüb, ŞOKA DÜŞDÜLƏR - FOTOLAR

8 Aprel 2022 22:20 Şamaxı 1 141
“Neftçi”ylə oyundan əvvəl onları görüb, ŞOKA DÜŞDÜLƏR - FOTOLAR

“Şamaxı” aprelin 9-da üz-üzə gələcəyi “Neftçi”ylə oyun üçün matçdan bir gün öncə Şamaxıya yola düşüb.

“Ağ-qırmızılar” Şamaxı Olimpiya Kompleksində məskunlaşıb.

Saat 16:00-da komandanın qarşılaşmaöncəsi son məşqi baş tutub. Məşqdə zədəli futbolçular iştirak etməsə də, saytımızın “hadisə yerindən” verilən məlumata görə “Şamaxı”nın məşqində xoş əhval-ruhiyyə müşahidə olunub.

Belə ki, stadionun tribunalarında olan sürpriz qonaqlar məşqçilər heyəti ilə futbolçuları xeyli ümidləndirib. Məşqin vaxtından xəbər tutan yerli azarkeşlər hazırlıqdan xeyli öncədən tribunadakı yerini bərkidib.

Təxminən 100-ə yaxın şamaxılı futbolsevər məşqi yaxından izləyib, şəhəri Premyer Liqada təmsil edəcək komandaya uğurlar arzulayıb.

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq “Şamaxı” – “Neftçi” görüşü aprelin 9-u, saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti