Bütün hüquqi prosedurları yekunlaşdıran “Şamaxı” artıq yeni adla fəaliyyətə başlamışdır.
Klubun bu haqda yaydığı rəsmi məlumatda “Şamaxı”nın “Keşlə”nin tamhüquqlu xələfi olacağı bildirilib, komandanın ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcəyi qeyd olunub.
Azərbaycan Premyer Liqasında “Şamaxı” adlı komandanın peyda olması futbolsevərlərdə qıcıq yaradıb.
Onları narahat edən məqam bir klubun adını dəyişərək bölgə təmsil etməsi və başqa klubun xələfi olaraq qeyd olunan “Şamaxı”nın yaranma tarixinin 2022-ci il kimi göstərilməsidir.
Ölkə futbolu ilə yaxından maraqlananların məzəli şərhlərini təqdim edirik. Yəqin ki, AFFA-dakı əsas söz sahibləri də yazılanları oxuduqca gülüb keçəcək.
“Şor-əppək” azad azarkeş qrupu”.
“Bura şorxanadır, buradan çıxış yoxdur!”
“AFFA-dan açıqlama:
“Polya” tikmişəm axı,
Maya buraxmışam axı.
Klub qrmuşam axı,
“Şamaxı”, ay “Şamaxı”.
“Alim Qasımov adına mini xalçalı stadionlar şəbəkəsi”.
“Land of şor komandası”.
“Şorlu deplasmana ilk səfər bizdəndir”.
“Rayon icra hakimiyyətinin təşəbbüsü ilə oyunların fasiləsində şor yarmarkası təşkil ediləcək”.
“Şamaxı” FK-dan ilk transfer “bomba”sı: “Beşiktaş”ın sabiq qapıçısı İke Şorunmu”.
“Şamaxı” komandası şor olub rəqibin başına axdı”.
“Bol şorlu oyunlar. Amma şor satan xalalardan ehtiyatlı olun”.
“Tamhüquqlu varisidirsə, loqoda niyə 2022 yazılır?”
“Onda yaranma tarixini 1997 saxlayın da. 2022 niyə?”
“Qırlaya-qırlaya gedirsiniz də. Bu gedişlə yəqin Ginnesin Rekordlar Kitabına düşərsiniz”.
HƏBİB

