"Fəaliyyətini dayandırmaq istəyirsə, halallaşıb ayrılacağıq"

20 Mart 2022 21:20 Şamaxı 1 221
"Fəaliyyətini dayandırmaq istəyirsə, halallaşıb ayrılacağıq"

"Biz fəaliyyətimizi davam etdirəcəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin rəsmi fanklubunun rəhbəri Əhməd Manafov deyib.

O, bir müddət əvvəl saytımıza açıqlamasında fəaliyyətini dayandıracağını açıqlayan "Old Wolf" qrupunun gələcəyi ilə bağlı suala aydınlıq gətirib:

"Bəli, "Old Wolf"un üzvləri daha bizimlə olmayacaq. Amma rəsmi fanklub fəaliyyətini davam etdirəcək.

Oyunlarda 50-60 azarkeş "Old Wolf"a aid, qalanları isə bizə aid olurdu. Elnur Yusifovun qrup rəhbərli olaraq əziyyəti çoxdur.

Ona da təşəkkür edirəm. Bundan sonra da istəsə, rəsmi fanklubda çalışa bilər.

Təklifimi ona etmişəm. Yox, fəaliyyətini dayandırmaq istəyirsə, halallaşıb ayrılacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti